Şou-biznes

Samirə Əfəndi:"Məni təhdid edirdilər" - VİDEO

9 Oktyabr 2023 16:44
Baxış: 1 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi HƏMAS tərəfindən raket atəşinə tutulan İsraildə idi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məlumatına görə, Samirə təhdid olunduğunu bildirib:

"Mənə gələn mesajları görsəniz... Məni təhdid edirlər ki, səni tapacağıq. Guya nə etmişəm. Qorxmuram, amma anam, xalam, dostlarım yanımdadır. İstəmirəm kiməsə nəsə olsun. 

Bizdə müharibə olanda ermənilər mənə təhdid dolu mesajlar yazırdılar".

Qeyd edək ki, Samirə Tel-Əvivdə keçirilən festivala qatılıb və orada səhnə alıb. Sənətçi bir neçə gün sığınacaqda qalıb və uçuşunun ləğv olunduğunu söyləyib. Anası, xalası və köməkçisi də ifaçı ilə birlikdə olub. O, hazırda İstanbuldadır.

Xatırladaq ki, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.