Şou-biznes

Xuraman Şuşalı ilk dəfə Şuşaya yollandı - FOTO

28 Sentyabr 2023 13:51
Baxış: 1 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xuraman Şuşalı Şuşaya yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi video yayımlayaraq, ailəsindən danışıb. O bildirib ki, ailəsində hamı musiqiçi olub:

"Ailəmizdə qardaşım qarmon, bacım pianoçu, mən isə solo ifa edirdim. Qardaşım nağaraya gedirdi, sonra qarmon sinfinə keçdi. Evdə nağaramız da var idi. Evimizdə gecələr konsert olurdu. Gecələr qardaşım qarmon, bacım piano ifa edirdi. Atam karandaşı götürürdü, stola vururdu, mən isə oxuyurdum. Qonşular əl çalırdı. Özümü o vaxt ulduz hesab edirdim. Şuşada məktəblərdə oxuyurdum, Bakıdan belə çəkiliş gəlirdi. Allah düşmənləri yox etsin, həyatımızı alt-üst etdilər". 

Qeyd edək ki, Xuraman "Evdəkilərə salam" verilişinin çəkilişi ilə əlaqədar Şuşaya yollanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.