Şou-biznes

Azərbaycanda doğulan milyonçu model oğurluğa görə tutuldu - VİDEO - FOTO

23 Sentyabr 2023 06:25
Baxış: 1 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Model Kira Arsenina Moskvada saxlanılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, "Milyonçunun məşuqəsi" İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

34 yaşlı Arsenina Moldovada oğurluq edəndə tutulub. Cinayət işi 2022-ci ildə başlanılıb. Moldova polisi bildirib ki, şübhəli şəxs istintaqdan qaçıb və o Moskvada saxlanılıb. Azərbaycanda anadan olan Kira

Arsenina Rostova köçüb, sonra isə Moskvada modellik etməyə başlayıb.
Arsenina özü milyonçu sevgilisi hesabına yaşadığını etiraf edib. Hazırda belə bir varlı qadının niyə Moldovadan oğurluq etdiyi müəyyən edilir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.