Şou-biznes

Sərxanın başına iş gəldi: “Harada əxlaqsız qadın varsa, məni tapır” - VİDEO

18 Sentyabr 2023 12:19
Baxış: 5 140
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aylar əvvəl ziyarət üçün Mədinəyə gedən aktyor və aparıcı Sərxan Kərəmoğlunun başına iş gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Sərxanın şəhərin küçələrinin birində göyərçinləri yemləməsi quşlar üçün yem satan qadın tərəfindən qəzəblə qarşılanıb. 

Niqab geyinən qadın hər vəclə Kərəmoğlunun quşlara buğda verməsinə və çəkiliş aparmasına mane olmağa çalışıb. 

Qadın quşları ərazidən uçurtmağa çalışıb və Sərxanla söz davasına çıxıb. 

Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Kərəmoğlu "Baxın hara gedirəm, orada bir şeytan olmalıdır. Bu əxlaqsız qadın da Mədinə şəhərində gəlib məni tapdı. Neyləyim ki, gəib məni tapırlar, sonda da cavablarını alırlar. Bu qadın mənə "Niyə buğdanı məndən almadınız" deyir" sözlərini şərh bölməsinə yazıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.