Şou-biznes

Afaq efirə nə vaxt qayıdır?

4 Sentyabr 2023 13:54
Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Afaq Gəncəli yenidən efirə qayıtması ilə bağlı sualları cavablandırıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bununla bağlı açıqlama verən Afaq yeni mövsümdə fəaliyyətini "Xəzər TV"də davam etdirəcəyini bildirib:

"Bu il maqazin verilişim olacaq. Amma nə vaxt başlayacağı bilinmir. Çünki heç hazırlıqlara da başlamamışıq. Amma bu mövsüm mütləq maqazin proqramı ilə tamaşaçıların qarşısına çıxacağam". 

Qeyd edək ki, Afaq "Xəzər TV"də "Səhər mərkəzi" proqramına aparıcılıq edirdi. O, daha sonra səhhətində problem olduğunu deyərək, efirdən uzaqlaşıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.