Şou-biznes

Aygün Kazımovanın "Parol"u marağa səbəb oldu - VİDEO - FOTO

1 Sentyabr 2023 11:43
Baxış: 3 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Aygün Kazımova yeni mahnısını dinləyicilərinin ixtiyarına verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, "Parol" adlı yeni mahnının musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir. 

Fotoqraf Kamran Novruzovun kamerası önünə keçən pop diva yeni mahnısı üçün xüsusi fotosessiya etdirib. Fotosessiyada A. Kazımovanın obrazı üzərində illərdir pop divanın ən böyük layihələrində yer alan peşəkar stilist Ruxa çalışıb. 

"Parol" adlı mahnı üçün həmin fotolardan ibarət xüsusi video çarx hazırlanıb. 

Mahnı Aygün Kazımovanın rəsmi "YouTube" kanalında yayımlanıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.