Şou-biznes

Röya səhnəyə robotlarla çıxacaq - Azərbaycanda İLK

17 Avqust 2023 23:51
Baxış: 1 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan 1, 2, 3 sentyabrda Bakı Konqress Mərkəzində baş tutacaq solo konsertinin hazırlıqlarına başlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, Röyanın baş tutacaq konserti ilə bağlı bir neçə detal məlum olub.

Belə ki, müğənni Azərbaycanda yeniliyə imza atacaq. Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq.

Məlumata əsasən, bunun üçün xarici ölkələrlə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib. Robotlar və texnika konsertdən bir neçə gün əvvəl paytaxta gətiriləcək. 

Konsertin quruluşçu rejissoru yenə də Ranar Musayevdir. 

Səs-küyə səbəb olacaq tədbirin təşkilatçıları "Kevents Group" və "Peachline", konsertin prodüseri isə Kənan Bayramovdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.