Şou-biznes

Türkiyə müsabiqəsində mahnımıza qarşı hörmətsizlik - VİDEO

13 Avqust 2023 17:46
Baxış: 19 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İradə İbrahimova Türkiyənin TRT 1 telekanalında yayımlanan "Sen türkülerini söyle" mahnı yarışmasına narazılığını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə sənətçinin illər əvvəl ifa etdiyi, sözləri İsmayıl Dadaşova, musiqisi Vaqif Gərayzadəyə aid olan "Neyləyək alınmadı" mahnısının anonim kimi təqdim edilməsi olub. 

İ.İbrahimova bunun haqsızlıq olduğunu və növbəti verilişlərdə bunun düzələcəyinə ümid etdiyini bildirib.

Verilişin münsiflərindən olan Emre Yücelen isə bunun yanlışlıqla olduğunu və məsələ barədə lazımi şəxslərə məlumat verildiyini bildirib. O, proqramdakı həmin hissənin düzəldilərək yenidən yayımlanacağına söz verib.

Qeyd edək ki, sözügedən mahnı Türkiyədə çox məşhurdur. Bəstə aktyorlar Cem Yılmaz və Zafer Algözün rol aldığı "Ali baba və 7 cücələr" filmində də səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.