Şou-biznes

"Maybach" alan Azərbaycanlı müğənni: "İndiyə qədər 48 maşınım olub" - FOTO

10 Avqust 2023 16:32
Baxış: 3 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Rəvan Qarayev yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Həmin Zaur" proqramına qonaql olan ifaçı bu günə qədər 48 avtomobilə sahib olduğunu bildirib.

"Mən 10-cu sinifdə oxuyanda maşınım var idi. Sürücülük vəsiqəm olmadığına görə  onu idarə edə bilmirdim. İlk avtomobilim isə "Zaparoji ZAZ" olub. İndiyə qədər isə ümumilikdə 48 maşınım olub".

Xatırladaq ki, müğənni Rəvan Qarayev mətbuatda lüks və bahalı avtomobilləri ilə gündəmə gələn məşhurlardandır. O ötən il özünə qara rəngli "Maybach" markalı  maşın alıb. Əvvəllər isə ifaçının ağ rəngli "Range Rover" markalı maşını olub.Yerli mətbuatda yayılan xəbərlərə görə, sənətçi bu günə qədər avtomobilləri ilə iki dəfə ağır qəza keçirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.