Şou-biznes

Xoşqədəm Hidayətqızı: "Yazırlar ki, böyük oğlunuz hardadır?"

9 Avqust 2023 18:34
Baxış: 5 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı yeni açıqlaması ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o "Səni axtarıram" proqramında böyük oğlundan danışıb.

Hidayətqızı bildirib ki, sosial şəbəkə istifadəçiləri ondan tez-tez böyük oğlu ilə şəkil paylaşmamamğının səbıəbini soruşurlar:

"Bir də görürsünüz ki, mənə böyük oğlumla bağlı yazırlar. Uşaqlarım qucağımda olan şəkil paylaşıram. Yazırlar ki "Sizin böyük oğlunuz hardadır?". Bu an məni gülmək tutur. 18 yaşım var idi, ata-anaya baxırdım. Ata-anam üçün gecələr yatmayıb pul qazanırdım ki, onları çadır şəhərciyindən çıxarım. Məcburi köçkün idilər. Atam-anam ac-susuz qalmasın deyə gecələr belə yatmadan çalışırdım. 28 yaşında oğlanı ana qucağına alıb gəzdirməllidir? 28 yaşlı kişi bir ailə başçısı olur. Mən 18 yaşımda bir qəzetdə işləyirdim. Qucağımda da körpəm var idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.