Şou-biznes

Məşhur müğənni pərəstişkarları üçün metroya 100 min dollar ödədi

8 Avqust 2023 10:48
Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyons Vaşinqton metrosunun işini bir saat uzatmaq üçün 100 min dollar ödəyib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müğənninin paytaxtdakı konserti əlverişsiz hava şəraiti səbəbindən iki saata yaxın təxirə salınıb. Tədbirin tamaşaçılarının evə metro ilə çatması üçün ifaçı əlavə olaraq qatarların iş saatını uzadıb.

Beyonsun təşəbbüsü ilə 100-ə yaxın metro stansiyası çıxışlar üçün açıq olub.
Konsert Beyonsun "Renaissance" adlı doqquzuncu turu çərçivəsində keçirilib. Turun oktyabrın 1-də başa çatacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.