Xalq artisti Aygün Kazımova yeni fotoları ilə gündəmə səs salıb.
Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi bu dəfə qotik tərzdə obyektiv qarşısına keçib.
Əyninə dəri materialdan qara rəngdə dar libas geyinən sənətçi qara pariklə saçlarına olduqca böyük həcm verib. Kazımovanın fərqli makiyajı isə onu tanınmaz hala salıb.
Sosial şəbəkə hesabında fotosessiyadan şəkillərini paylaşan estrada ulduzunu izləyicilər mərhum dünya şöhrətli müğənni Emi Vaynhausa bənzədiblər.
Milli.Az