Şou-biznes

Fatimə yenə uduzdu

25 İyul 2023 10:52
Baxış: 2 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, şair Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevanı məhkəməyə verib və qaliv gəlib. Qərardan narazı olan Fatimə Apellyasiya Məhkəməsinə müraciət edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün tərəflər arasındakı apellyasiya məhkəməsi başa çatıb. N.Səfərli Fatimənin uduzduğunu bildirib. 

"Sabahı gözəl açdım. Vəkilim zəng edib bildirdi ki, apellyasiya məhkəməsini udmuşuq. Haqqım olanı heç kimdə qoymaram.Təfərruatlı sənədlər əlimə gələndə yazaram" deyə, Nazilə bildirib. 

O, Fatiməyə söz ataraq "Hələ istirahətim davam edir. Axşama rəqqasələr dəvət etmişəm" deyə, əlavə edib. 

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib.

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.