Şou-biznes

"Cəhənnəmə gedib qayıtdım"

23 İyul 2023 10:34
Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən amerikalı məşhur aktyor Ceymi Foks ilk dəfə xəstəliyindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor xəstəliyini gizli saxlasa da keçdiyi müalicə dövrünün onun üçün çətin olduğunu bildirib. O, vəziyyətinin pis olduğu üçün izləyicilərinin onu elə görmək istəmədiyini vurğulayıb:

"Ekranda gülürəm, əylənirəm, zarafatlaşıram. Filmlərdə rol alıram. İstəmirdim ki, ağzımdan çıxan boruları görəsiniz. Heç vaxt keçməyəcəyimi düşündüyüm bir şeydən keçdim. Cəhənnəmə gedib qayıtdım. Sağalmağım çətin idi, amma indi yenidən işləyə bilərəm".

Aktyor görmə qabiliyyətini itirdiyi və yeriyə bilməməsi ilə bağlı yayılan xəbərləri də təkzib edib.

Qeyd edək ki, Ceymi hazırda uzun illər ekranlardan uzaqlaşan aktrisa Kameron Diaz ilə "Back in action" filminə çəkilir. O, apreldə çəkilişlər zamanı təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.