Şou-biznes

"Toppuş bacı"nın heç yerdə olmayan VİDEOsunu paylaşdı

16 İyul 2023 22:40
Baxış: 2 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyat yoldaşı Röyal mərhum Əməkdar artist Tünzalə Əliyevanın heç yerdə olmayan videosunu yayımlayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, görüntüdə "Toppuş bacı" mahnı ifa edib. 

Həyat yoldaşı videoya "Bilmirəm nə zaman qovuşacağıq. Amma Allah şahiddir ki, həmin gün həyatımın ən gözəl günü olacaq. Həyatımın ən gözəl günü əvvəl Allaha, sonra ona qovuşmaq olacaq. İnsan dünyanı gəzib dolaşır, mərkəzini tapana qədər. Sən də mənim mərkəzimsən" sözlərini yazıb. 

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.