Şou-biznes

"İstəmirəm, başqa peşə seçsinlər" - Emil qızları haqda

10 İyul 2023 16:49
Baxış: 3 071
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sənətdə qeyrətli aparıcılarımız, xanım ifaçılarımız var. Amma xanım üçün çətindir. Müğənnilik gecəsi-gündüzü olmayan sənətdir. İstəyirəm ki, uşaqlarım başqa peşə seçsinlər. Evə 5-6-da gəlsinlər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Emil Bədəlov "Səhər mərkəzi" verilişində deyib. Övladlarından danışan sənətçi onların müğənni olmasını istəmədiyini etiraf edib.

"Uşaq böyütmək xanım ifaçıya çətin və əziyyətlidir. Dedi-qodulu sənətdir. İstəyərəm qızlarım başqa sənətdə olsunlar. Amma mən istəməklə deyil ki..." deyə, Emil əlavə edib. 

Qeyd edək ki, Xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəli olan Emilin Səadət və Zeynəb adlı iki qız övladı var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.