Şou-biznes

Firuzə İbadova plastik əməliyyatdan danışdı - VİDEO

10 İyul 2023 10:54
Baxış: 1 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir çox insanların burunlarında çəpər əyriliyi olur. Belə olanda da nəfəs almaqda çətinlik çəkirik. İllər əvvəl burnumdakı çəpər əyriliyini əməliyyat vasitəsi ilə aradan qaldırmışam. Amma burnumun öz formasına toxunulmayıb. Ondan sonra rahat nəfəs almağa başladım və səs tellərimə artıq yük düşmür". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib. 

Sənətkar bildirib ki, cavan yaşda olsaydı belə, plastik əməliyyat etdirməzdi: 

"Mən bundan başqa heç bir plastik əməliyyat keçirməmişəm. Axı estetik əməliyyat mənim nəyimə lazımdır? Cavan da olsaydım, əməliyyat etdirməzdim. Pəhrizimi saxlayıb, vaxtı-vaxtında idman edərdim". 

Proqramın aparıcısı Elgiz Əkbərin "Bəlkə sizin boyun hissənizdə olan sallaqlığı plastik əməliyyat vasitəsi ilə dartdıraq?" sualına İbadova "Nəyimə lazımdır? Heç ehtiyac yoxdur. Tamaşaçı məni belə də görüb, belə də sevib" cavabını verib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.