Şou-biznes

“Ərimlə dənizdə tanış olmuşam” - VİDEO - FOTO

7 İyul 2023 12:44
Baxış: 3 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Manana Caparidze şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, xəbər verir ki, sənətçi qonaq olduğu "Gül kimi şou" verilişində bildirib ki, həyat yoldaşı Georgi Qabelave ilə dənizdə istirahət edərkən tanış olub.

"Təbiəti xüsusi ilə dənizi çox sevirəm. Dəniz mənə xoşbəxtlik gətirir. Öz sevgimi də elə dənizdə tapdım. Həyat yoldaşım Georgi ilə də dənizdə tanış olmuşam. Dənizdən soruşub dedim ki, əgər bu nağıl deyilsə dəniz sevgisi, məhəbbəti varsa, hazıram onu qarşılamağa. 10 gün dəniz kənarında istirahət elədim və doqquzuncu gündə Georgi ilə tanış oldum".

Qeyd edək ki, Manana 2008-ci il yanvarın 8-də iş adamı Georgi Qabelave ilə ailə qurub. Cütlüyün Elizabet adlı qızı, David adlı oğlu var. Sənətçinin həyat yoldaşı Gürcüstanda yaşayır. Onun otellər şəbəkəsi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.