Şou-biznes

"Əziyyət çəkirdim, dünyanın ən bədbəxti idim"

1 İyul 2023 18:22
Baxış: 1 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sevmək zülmdür. Vaxtı ilə bu cür sevən, sevgisiz yaşaya bilməyən insan idim, amma indi... Düşünürdüm ki, insan sevgisiz yaşaya bilməz. İndi isə həsrət də yoxdur".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günün sədası" verilişində deyib. Sevgidən danışan müğənni bunları əlavə edib:

"Həyatda elə bir insan yoxdur ki, sevgisini tapsın. Tapmır, ya da tapır və sona kimi getmir. Ya da tapandan sonra adiləşir. İnsan xislətidir. Sevgiyə sadiqəm, heç vaxt xəyanət etmərəm. Yanında olmayanı sevirlər, ölürlər sənin üçün. Başa düşdüm ki, ali sevgimə layiq olan insan yoxdur. Sevginin yolunda ölümə də gedərdim. Sevən qadınlar hər zaman uduzurlar. Sevəndə əziyyət çəkirdim, dünyanın ən bədbəxti idim. İndi sevmirəm və xoşbəxtəm. Özümə söz vermişəm ki, yaxınıma heç kimi buraxmayacağam. Hissələrimi heç kəsə buraxmaramə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.