Şou-biznes

"2 min qiyməti olan geyimimdə özümü çox ucuz görmüşəm"

17 May 2023 09:36
Baxış: 2 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baku TV-də yayımlanan "13 sual" verilişinin yeni buraxılışı efirə gedib.

Milli.Az xəbər verir ki, verilişin budəfəki qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Ş.Tovuzlu tamaşaçıların onun zövqsüz geyinməsi ilə bağlı iradlarına cavab verib:

"Zövqlü xanımam. Hər şeyin qədərini və yerini bilirəm. Açıq-saçıqlıq zövq deyil. 2 min qiyməti olan geyim olub ki, mənə yaraşmayıb. Özümü onda çox ucuz görmüşəm".

Müğənni bahalı geyim almağı sevmədiyini qeyd edib:

"Geyimə maksimum 200 manat verə bilərəm. Mən ayaqqabı və çanta sevirəm. Ən bahalı çantamın qiyməti 1200 manat olub".

O, həmkarı Vafa Şərifova ilə qalmaqalından da bəhs edib:

"Qarşı tərəf məndən kiçikdir. Addım atdı, mən də dedim ki, oldu, keçdi. Düşmənlik edən insan deyiləm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.