Şou-biznes

Sənətçilərin əsl adları necədir?

4 May 2023 21:11
Baxış: 2 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox ifaçılar sənət həyatına başlayarkən adlarını dəyişirlər. Uğurlu və yaddaqalan ad sənətkarın ifası qədər önəmlidir. 

Milli.Az lent.az-a istinadən məşhurlaşmaq üçün adını dəyişən tanınmışlar barədə məlumat verir.

Müğənni Nura Surinin əsl adı Aynurə Qəzənfərqızıdır.

Müğənni Nəfəs əvvəllər Günel Məmmədli, Hiss isə Röya idi.

Röya Ayxanın əsl adıysa Röyalədir.

Aparıcı Nanə Nənəxanım, Azərin isə Anaxanım adıya böyümüşdülər.

Əməkdar artist Cavan Zeynallının adı rəsmi səndələrdə Cavanşir Zeynalov, Xatun isə Nərgiz Əliyeva kimi qeydiyyatdan  keçib.

Damlanın əsl adı Məsumədir.

Reperlərin ad dəyişməsi, təxəllüslə çıxış eləməsi adətdir. Reper Cinin adı Ceyhun Zeynalov, Qurdun adı Fərid Eminovdur.

Hazırda həbsdə olan prodüser Təranə Səmədovanın adı əvvəllər Güllü olub

Türkiyəli tanınmışlardan Burcu Esmersoyun əsl adı Kamilə Burcudur.

Sibel Canın adı Sibel Cangürbe idi.  Ahu Tuğba - Tuğba Çetin,  Müjde Ar - Kamile Suat Ebrem, Adile Naşit - Adele Özcan, Perihan Savaş - Şerife Perihan, Zara - Zara Neşe Yılmaz, Mahsun Kırmızıgül isə əslində Abdullah Bazengirdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.