Şou-biznes

"Üç dəfə ölümlə üz-üzə gəldim"

2 May 2023 19:12
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Onsuz günüm çox pis keçir, həyatı mənasız hiss edirəm. Elə gün olmur ki, ondan danışmayım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "Xəzər axşamı" verilişində mərhum həyat yoldaşı Zahid haqda danışarkən deyib. Sənətçi onun ölümündən sonra yaşadığı çətinlikləri dilə gətirib:

"Kimdənsə "Gülbahar, həyat davam edir" sözlərini eşidəndə, ona aç qapını, çıx bayıra demək istəyirdim. Neçə ay, neçə il özümə gəlmədim".

Sənətçi həyat yoldaşının vəfatından sonra səhhətinin pisləşdiyini bildirib:

"Səhhətim babat idi. Ondan sonra üç dəfə ölümlə üz-üzə gəldim, əməliyyat olundum. O qədər başıma, ayağıma vurmuşdum ki, stressdən oldu. Özümdə deyildim".

Qeyd edək ki, Gülbahar Şükürlü xərçəngdən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.