Şou-biznes

Niyam: “Aynur oxuyanda mən “Havayka” köynəkdə Masallıda gəzirdim” - VİDEO

27 Aprel 2023 12:18
Baxış: 4 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Niyam Salami hazırda küsülü olan duet ortağı Aynur Dadaşova ilə münasibətlərindən söz açıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda xanım həmkarı ilə dostluqlarının bitməsini aralarındakı iş müqavilələrinin bitməsi ilə "ört-basdır" edib. 

"Aynur Dadaşova uşaq olsaydı, əlindən tutub harasa aparardım. Aynur Dadaşova oxuyanda mən "Havayka" köynəkdə Masallıda gəzirdim. Aynurla müqaviləmiz bitdi. 50 il ailəli olan, uşaqları əsgər gedən insanlar da ayrılırlar. Deyirlər ki, münasibətimiz düzgün formalaşmadı. Elə də biz", - deyə Niyam vurğulayıb. 

Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənnin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.