Şou-biznes

Elnarə Abdullayeva: “Sənəti olmayanın, mahnı oxuya bilməyənin milyonu var” - VİDEO

26 Aprel 2023 14:06
Baxış: 1 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xarici müğənnilərin hər şeyi olanda, heç kim təəccüblənmir. Biz "yetimlər" nəsə alanda dilə-dişə düşürük. Xaricdən gətirdiyiniz müğənnilərə yüz minlərlə pul verirsiniz, amma evin içindəkiləri saymırsınız. Biz öz müğənnilərimizin qədrini bilmirik. Bəs qədrimizi nə zaman biləcəksiniz?". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Həmin Zaur" verilişində deyib. 

Sənətçi bildirib ki, Azərbaycan tamaşaçısı xarici müğənniləri yerli ifaçılardan daha üstün tutur: 

"Biz müğənnilər bütün dünya musiqisinin dilində və janrda oxuya bilirlər. Təyyarəsi olan, ifa edə bilməyənlər gəlib bizim musiqimizi oxuya bilərlər? Allah Azərbaycan övladlarına istedad verib. Təyyarə nədir ki? Bir dənə avtomobil alan kimi çəkib, paylaşırlar. Təyyarə, avtomobil nə böyük şeydir ki? Manaf Ağayev gedib bir dənə ev, sınıq-salxaq "Mercedes" alır elə bilirsiniz ki, dünyanı alıb. Nədir? Sənəti, işi-gücü olmayanın, ağzını açıb bir dənə mahnı oxuya bilməyənin milyonu var. Heç onları demirsiniz. Əsl sənəti olan azərbaycanlı müğənnilərin "təyyarənin kvadratı, kubu" olmalıdır". 

Elnarə həmçinin vurğulayıb ki, izləyicilər müğənniləri çox zaman boş yerə tənqid edirlər: 

"Yaxşı geyim geyinirik, bahalı maşın sürürük deyirlər ki, buna bax bu da qudurdu. Pis geyinəndə isə söyləyirlər ki, tamaşaçıya hörmətsizlik edir. Nə edək, özümüzü öldürək? Bilmək olmur ki, nə edəsən ki, xoşlarına gəlsin. Çalışırıq ki, sənətlə məşğul olaq. Üç-beş manat qazanan kimi də gəlin onu alın əlimizdən".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.