Şou-biznes

Hüseyn Həsənovun bloqları QADAĞAN OLUNDU

21 Aprel 2023 23:59
Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun "Twitch", "Telegram" və "Kick" platformalarındakı hesabları Roskomnadzorun qadağan olunmuş məlumatlar reyestrinə daxil edilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, qara siyahıya Yeqor Kred, Andrey Burim, Nikolay Lebedev, Yuri Xovanski və başqaları da salınıb.

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina cümə günü bildirib ki, Roskomnadzor həmçinin adıçəkilən platformalardan Rusiyadakı hesablara girişi məhdudlaşdırmağı tələb edib.

Mizulinanın sözlərinə görə, hazırda Federal Vergi Xidməti də "vergi qanunlarının pozulması əlamətləri" ilə bağlı bir sıra nəzarət tədbirləri həyata keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.