Şou-biznes

Lalə Mustafayevanın səhhəti pisləşib: "10 gündür ki..." - FOTO

21 Aprel 2023 15:48
Baxış: 3 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Lalə Mustafayevanın səhhəti pisləşib. 

Milli.Az azxəbər-ə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

Lalə 10 gündür ki, xəstə olduğunu qeyd edib:

"Səhhətimlə bağlı yazıb narahat olan hər kəsə təşəkkür edirəm. Çox pis qrip gəzir. 10 gündür ki, dərman, iynə qəbul etsək də hələ də düzəlmirik. Çox ağır keçirdirik. Öskürək, ağ ciyərlər incidir, halsızlıq, qulaqlarda ağrı, gözlər yanır, sümüklər ağrıyır".
 
Qeyd edək ki, Lalə Mustafayeva MTV kanalında yayımlanan "Toya gəlmişik" verilişinin aparıcısıdır. Proqramda bölgələrdə baş tutan toy məclisləri nümayiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.