Türkiyəli müğənni İbrahim Tatlısəs İraqın Ərbil şəhərində mağaza açılışına qatılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının gəlişi izdihama səbəb olub. Əvvəlcə fanatlar Tatlısəsi görmək üçün hava limanının qarşısına toplaşıb. Onlar daha sonra açılış olan əraziyə yollanıblar.
Təhlükəsizlik qüvvələri Tatlısəsi qorumaq üçün kütləyə gözyaşardıcı qazla müdaxilə etməli olub.
Milli.Az