Şou-biznes

“İndi xəbər tutdum, çox ağırdır” - Röya Ayxan

12 Aprel 2023 11:34
Baxış: 8 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı paylaşım edib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi instaqramda status yerləşdirib.

Estrada ulduzu şəhid olan hərbçilərimizə görə kədərli olduğunu dilə gətirib: 

"İndi xəbər tutdum, çox ağırdır. Laçın rayonu istiqamətində gərginlik yaranıb. Hərbçilərimiz şəhid olub, yaralılarımız var. Allah əsgərlərimizə güc versin! Başın sağ olsun, Azərbaycan". 

Qeyd edək ki, düşmənin axşam saatlarında törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımız şəhid olub. Hazırdan sərhəddə gərginlik davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.