Şou-biznes

“Fuad Poladovu teatrdan uzaqlaşdırana sayğım yoxdur”

10 Aprel 2023 10:37
Baxış: 3 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Kamran Yunis də mərhum Xalq artisti Azər Paşa Nemətovu tənqid edənlər sənətçilər sırasına qoşulub.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, sosial media hesabında bunları yazıb:

"Bu da öldü... İndi kim: Mən! Mən! Mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun! Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayğı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram. İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir".

Qeyd edək ki, aktyor Hikmət Rəhimovun da qalmaqal yaşadığı Azər Paşa Nemətovla bağlı status ötən gün müzakirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.