Şou-biznes

Xanımı Miri Yusiflə tanışlığından yazdı - Bu, nə mahnıdır qulaq asırsan?

6 Aprel 2023 17:12
Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat yoldaşı Nərgiz Mirbabayeva Xalq artisti Miri Yusif barədə paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, instaqramda video yayımlayaraq bu sözləri yazıb:

"Mən institutda oxuyanda Yusifin təzə albomu çıxmışdı, amma biz heç tanış deyildik. "Avara" albomunda bir mahnısı var idi. Səhərdən axşamacan o mahnını oxuyurdum. Anam bir gün qayıtdı ki, bu, nə mahnıdır qulaq asırsan? Elə özün kimi avaranı tapıb ərə gedəcəksən. Dedi və bir il sonra biz Yusiflə tanış olduq, iki ay sonra evləndik. Anam kainata necə mesaj yolladısa, mən sevə-sevə dinlədiyim musiqiçi ilə evləndim".

Qeyd edək ki, sənətçi hazırda ailəsi ilə İzmirdə yaşayır. Onların üç 3 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.