Şou-biznes

Sevgilisini döydüyü deyilən aktyor DANIŞDI: "Az qaldı..."

3 Aprel 2023 14:11
Baxış: 1 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tezliklə bu pis günlər də geridə qalacaq".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri məşhur aktyor Ozan Güven ötən axşam qatıldığı mükafatlandırma mərasimindəjurnalistlərə açıqlamasında deyib.

Keçmiş sevgilisi Deniz Bulutsuzu döydüyüiddia edilən və məhkəməyə şikayət olunan Ozan məsələ barəsində danışıb:

"Tezliklə hamısı bitəcək, az qaldı. Geri dönəcəyəm. İstəyərdim ki, Deniz Bulutsuzu bir az araşdırın. Siz də nə olduğunu görəcəksiniz. Məhkəmədə şəkillərin fotoşop, montaj olduğu ortaya çıxacaq. Bu pis günlər də geridə qalacaq".

Xatırladaq ki, 2020-ci ildə baş verən hadisəyə Ozan Güvenin barəsində 13 il, 6 aya qədər həbs istənilib. 

Qeyd edək ki, Ozan Güven iddialarına görə, Deniz Bulutsuz da ona qarşı zorakılıq edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.