Şou-biznes

Nazilə Nigarın müdafiəsinə qalxdı, Rövşanəni “yıxıb sürüdü” - Qalmaqal - VİDEO

29 Mart 2023 15:40
Baxış: 3 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rövşanə xanım xətrinizə dəyməsin, amma mənə elə gəlir ki, sizin verilişinizə gəlməmişdən əvvəl insan bir az düşünməlidir ki, gedim ya getməyim". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib. 

Sənətçi ötən gün "Space səhər" verilişində qonaq olan Əməkdar artist Nigar Şabanovanın proqramın aparıcısı Rövşanə Ağasəfqızı tərəfindən xoş olmayan rəftarını sərt şəkildə tənqid edib:

"Şəxsi həyatını paylaşmayan bir insana deyirsiniz ki, siz Sibel Can, Hülya Avşar deyilsiniz. Xoşunuza gələr sizə desələr ki, Larri Kinq, Opra Uinfrey, Nailə İslamzadə, Lamiyə Ələkbərova, Leyla Quliyeva deyilsiniz. O nə müqayisədir?  O qız niyə kimsə olmalıdır? Niyə bu cür yanaşırsınız? Bu cür doğrudur yanaşmaq? Paylaşmır, paylaşmır da... Onun şəxsi fikridir. Əgər ittihamdırsa, özü də cavab verəcək". 

Qeyd edək ki, Rövşanə Ağasəfqızı aparıcısı olduğu proqramda "Hülya Avşarın, Sibel Canın ailəsi maraqlıdır.

Siz də məşhursunuz, hamıya maraqlısınız" ifadəsinə Nigar "Hülya Avşar mənim üçün heç kimdir. Səsimin, sənətimin yanında heç kimdir. O, nə böyük adamdır, sənəti nədir ki?" sərt şəkildə fikir bildirib. Bundan sonra Şabanovanın canlı yayımda mikrofonu söndürülüb.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.