Şou-biznes

"Üç-dörd başı xarab xarakterimi üzə çıxardı" - Nazilə Səfərli - VİDEO

28 Mart 2023 13:52
Baxış: 1 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış şairə Nazilə Səfərli müzakirələrə səbəb olacaq açıqlama verib. 

Milli.Az Lent.az-a istinadən bildirir ki, "Özəl Tube" proqramında necə məşhur olmasından söhbət açıb:

"Şeirimdən, ifamdan əlavə məni xarakterim məşhur etdi. Xarakterimin üzə çıxmağına üç-dörd başı xarab kömək etdi. Çox şükür Allaha ki, onları mənə yetirdi. Elə bil ki, göydə axtarırdım, yerdə əlimə düşdülər. Deyirlər, yaxşı ki, məni qayadan atdın, yoxsa qanadlarımın olduğunu bilməyəcəkdim".

Bundan başqa, şairə gəlin və qayınana məsələsi haqqında da danışıb:

"O qədər ucuz ömrüm yoxdur ki, onu gəlinə irad bildirməklə yaşayım. Mən qiymətliyəm. Gəlin qabı yumadı, gəlin gec yuxudan oyandı, nəyimə lazımdır? Bəzi qayınanaların mövzuları çox dəxilsizdir. Gəlindən nə istəyirsən?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.