Şou-biznes

Oqtay Əliyevlə vida mərasimi başa çatıb - YENİLƏNİB - FOTO

23 Mart 2023 12:44
Baxış: 5 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:44

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Hazırda mərhumun nəşi dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

--------

10:55

Ötən gün axşam saatlarında yol qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev ilə vida mərasimi keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, mərhumun yaşadığı mənzildə keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

-------

10:16

Xəbər verdiyimiz ki, dünən dünyasını dəyişən Oqtay Əliyevlə vida mərasimi keçirilir.

Milli.Az olay-a istinadən xəbər verir ki, prodüserlə son görüşünü edən yaxınlarının halı pisləşib.

O. Əliyevin Yasamal rayonu ərazisindəki mənzilinə təcili tibbi yardım maşını cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.