Şou-biznes

Hollivud ulduzu küçədə lüt gəzdiyi üçün həbs edildi

22 Mart 2023 18:17
Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O - Kişi" filmindən və "Saç lakı" serialından tanınan Hollivud ulduzu  Amanda Bayns ötən bazar günü Los-Ancelesdə tamamilə çılpaq gəzib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,aktrisa həbs edilib və sonra psixiatrik xəstəxanaya yerləşdirilib. Hadisə şahidinin dediyinə görə, aktrisa hər kəsin ona baxdığını görərək, lüt olduğunun fərqinə varıb. O, yoldan keçən bir maşını saxlayaraq, psixoloji problemi olduğunu deyib. Sonra 911 nömrəsinə zəng edib.

Aktrisa çılpaq küçələrdə gəzərkən fiziki zərər görməyib. Həkimlərin nəzarəti altında Amanda 72 saat qalmalı olub. Adətən psixiatriya klinikasında həbs olunanların saxlanma müddəti bu qədərdir, lakin uzadıla bilər.

Qeyd edək ki,  Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. Bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasında müalicə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.