Şou-biznes

Tarantino son filmini çəkir: Ssenari hazırdır - FOTO

16 Mart 2023 19:02
Baxış: 476

Hollivud rejissoru Kventin Tarantino yeni və ehtimal ki, son filminin ssenarisi üzərində işini başa çatdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, ssenari "Kino tənqidçisi" ("The Movie Critic") adlanır və 1970-ci illərin sonunda Los-Ancelesdə baş verən hadisələr təsvir edilir.

Qeyd olunur ki, film amerikalı jurnalist və ən nüfuzlu kino tənqidçilərindən biri Polin Keylə həsr oluna bilər.

İnsayderlərin məlumatına görə, çəkilişlərə bu ilin payızında başlanması planlaşdırılır, lakin indiyədək Tarantino heç bir kinostudiya ilə müqavilə imzalamayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics