Şou-biznes

Zaurdan verilişini qınayanlara SƏRT CAVAB: Əvvəllər hamamda tanış olurdular

12 Mart 2023 19:38
Baxış: 2 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinə evlilik üçün üz tutanları qınayanlara sərt cavab verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, sözügedən proqramda danışıb.

"Bütün problemlərin həllində varıq, sonuna qədər. Evlənmək hər kəsin haqqıdır. Hamı ailə qurur. Biri küçədə tanış olur, biri telefonda, parkda, metroda, əvvəllər camaat hamamda tanış olurdu. Artıq efirdə iki izdivacımız olub. Kimsəsiz bir insanı damın altından çıxarıb ailə həyatı qurdurmuşuq. Pisdi? Atasını, anasını körpə yaşından itirib bu adam, arxasında kim duracaq, kim arxa çıxıb evəndirəcək onu? "Arvadım kənddə bir kişi ilə qaçıb, tapın görək hardadı?"... Bu yaxşıdır? Bu günə qədər 11 il ərzində nələrdən keçmişik, bunu mən bilirəm. Boş-boşuna danışan adamlardırlar. Bitdi artıq, mənə bu mövzuda heç kim heç nə deməsin", - deyə, Zaur bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.