Şou-biznes

Şəbnəm: “Zeynəb efirdə haqqımda düzgün olmayan ifadələr işlətmişdi” - QALMAQAL - VİDEO

10 Mart 2023 02:34
Baxış: 2 396
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Şəbnəm Qəhrəmanova həmkarı Zeynəb Həsəni ilə aralarında qalmaqal yaşanıb. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu haqda Şəbnəm qonaq olduğu "7 canlı" axşam şousunda danışıb. 

Qəhrəmanova bildirib ki, Həsəni onun haqqında efirdə xoşaqəlməz ifadələr işlədib: 

"Bir ara Zeynəblə küsülü idim. O da Zeynəbin səhvi idi. Çox pis xətrimə dəymişdi. Zeynəb efirdə haqqımda düzgün olmayan ifadələr işlətmişdi. Düşünürəm ki, o da öz yalnışını anlamışdı. Zeynəbin sağlamlığı ilə bağlı problemi olanda, ona zəng vurdum. Aramızdakı bütün problemləri çözdüm. Bir-birimizlə halallaşdıq.

Bu yaxınlarda da aramızda anlaşılmazlıq yaşandı. Ona söylədim ki, bizim artıq o yaşımız deyil, o dönəmlər bitib. Beş günlük dünyadır. Allah Zeynəbə can sağlığı versin. İnşallah ona ailə qismət eləsin" 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.