Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşına verdiyi 8 mart hədiyyəsi ilə gündəmə gəlib.
Milli.Az olay-a istinadən xəbər verir ki, o, influenser həyat yoldaşı Fidan Zeynə 14 min manat dəyərində brilyant üzük alıb. Bu barədə Fidan 496 minlik sosial media hesabında paylaşım edib.
"İllər əvvəl görəndə kaş, mənim də belə nişan üzüyüm olsun demişdim. Heç vaxt tələsməmişəm, amma inanmışam...", - deyə, Fidan bildirib.
Qeyd edək ki, cütlüyün 2 oğul övladı var.
Milli.Az