Şou-biznes

Azərbaycanlı reper Donetskdə atəş altında qaldı - VİDEO

9 Mart 2023 12:32
Baxış: 2 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "Ptaxa" ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev və həmkarı "Andrey 3022" Donetsk vilayətində atəş altında qalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə martın 8-də Moskva vaxtı ilə saat 19.20 radələrində baş verib. Bundan sonra musiqiçilərlə əlaqə saxlamaq mümkün olmayıb.

Məlum olub ki, onlar hadisədən əvvəl sosial media hesablarında canlı yayıma qoşulublar. Daha sonra yayımda silah səsləri eşidilib.

Reperlərin yaxın dostlarının sözlərinə görə, "Ptaxa" Donetskə humanitar yardımla bağlı və orada baş verənləri öz gözləri ilə görmək üçün gedib. Həmçinin, o, yeni klipi üçün bir neçə səhnə çəkmək niyyətində olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.