Şou-biznes

O da Krala “yox” dedi

8 Mart 2023 16:53
Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı pop müğənni Kayli Minouq Kral III Çarlzın tacqoyma mərasimi şərəfinə keçiriləcək qala-konsertdə çıxış etmək dəvətini rədd edib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

54 yaşlı sənətçi 6 may 2023-cü ildə Londonda keçiriləcək tədbirdən imtina edən məşhurlar siyahısına qoşulub. Bundan əvvəl Adel, Elton Con, Harri Stayls, Robbi Uilyams və Ed Şiran bayram konsertində iştirak edə bilməyəcəklərini bildirmişdilər.

"Təəssüf ki, Kayli III Çarlzın tacqoyma mərasimində çıxış edə bilməyəcək, çünki o, həmin vaxt ölkədən kənarda olacaq!", - müğənninin nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edək ki, sənətçi kral tədbirlərinin tez-tez qonağı olub. O, sonuncu dəfə 2018-ci ildə Kraliça II Elizabetin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən qala-konsertdə çıxış edib. Müğənni ötən ilin sentyabrında ölümündən sonra mərhum monarxı da yad edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.