Şou-biznes

Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”

8 Mart 2023 10:05
Baxış: 1 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da yaşayan iranlı biznesmen Reza Zərrab keçmiş həyat yoldaşı və müğənni Ebru Gündeşin onun müəllifi olduğu hit mahnıları oxumasına qadağa qoymağa hazırlaşır.

O, bu barədə artıq vəkillərinə göstəriş də verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri Gündeşlə qızları Alara üstündə qəyyumluq mübahisəsi göstərilir.

Qeyd edək ki, Reza Zarrab Təbriz şəhərində anadan olub və əslən azərbaycanlıdır. O, Türkiyədə fərqli sahələrdə fəaliyyət göstərən holdinqin sahibidir. Bundan başqa o, bəstəkarlığı ilə də tanınır.

Zərrab Ebru Gündeşlə yanaşı bir sıra məşhur müğənnilər üçün də arabesk mahnı sözləri yazıb. Bunların arasında Sibel Canın oxuduğu "Eski Toprak" və İbrahim Tatlısesin ifa etdiyi "Neden" mahnılarını xüsusi qeyd etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.