Şou-biznes

"Qadın ərini qısqananda özünü aşağılayır"

7 Mart 2023 20:13
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qadınlar ərlərini dəxlisiz yerə qısqanır. Qadın ərini qısqananda özünü aşağılayır. Şəxsi fikrimdir, belə düşünürəm. Qadın nə qədər həyat yoldaşının arxasına düşsə, onu güdsə, qısqanclığını büruzə verirsə, kişinin ayağı yer alır. Beynində formalaşır ki, məni çox istəyir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsdi Bəkirova "Gündən günə" verilişində deyib. Qısqanclıqdan danışan müğənni qadınları tənqid edib:

"35 ildir bir kişiylə, həyat yoldaşı ilə yaşayıram. 1987-ci ildə ailə qurmuşuq və iki övladımız var. Gənc yaşda olan qısqanclıq artıq yox olmağa başlayıb. Qısqanclıq xəstəlikdir. Xəstəlik necə get-gedə qocalırsa, qısqanclıq da yaşlanır. Bilirsən ki, həyat yoldaşındır, hara gedəcək? Mən qadın qısqanclığını tənqid edirəm. Kişi qısqana bilər. Mənim də həyat yoldaşım indi qısqanır. Amma mən onu qısqanmıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.