Şou-biznes

Turan İbrahimov “Space”dəki SON EFİRİNDƏ hər şeyi AÇIQ ŞƏKİLDƏ DEDİ - VİDEO

28 Fevral 2023 23:08
Baxış: 13 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4 gün öncə aparıcı Turan İbrahimovun "Space" telekanalından ayrıldığı ilə bağlı xəbəri ictimaiyyət sosial media şəbəkəsindəki paylaşımından öyrənmişdi.

Milli.Az xəbər verir ki, lakin bunun anonsunu Turan eyni zamanda aparıcısı olduğu verlişin son efiri zaman da açıq şəkildə tamaşaçıların diqqətinə çatdırıb.

Xatırladaq ki, Turan İbrahimov statusunda qeyd etmişdi: "İki həftə əvvəl verdiyimiz qərardı: "Space TV"dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verilişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram".

Qeyd edək ki, telekanalın baş direktoru vəzifəsinə (fevralın 7-də) Vado Korovin təyin olunub.

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.