Şou-biznes

Vəfa aşıq Zülfiyyə ilə barışmaq üçün efirdə ona hədiyyə bağışladı - VİDEO

23 Fevral 2023 15:05
Baxış: 2 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aşıq Zülfiyyə İbadovanın müğənni Vəfa Şərifovadan küsülü olduğu üzə çıxıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçilərin arasındakı inciklik qonaq olduqları "Həmin Zaur" axşam şousunda məlum olub.

Buna səbəb isə Vəfa ilə həmkarı Nəfəsin Z.İbadovanın repertuarında yer alan "Sənin həsrətindən, sənin dərdindən" mahnısını icazəsiz "popuri" duet oxuması olub.
Hətta Zülfiyyə İbadovanın oğlu Babək sənətçilərdən sözügedən "popuri"ni "YouTube"dan silməyini istəyib.

"Mənim "Youtube" işlərimi aparan şəxs zəng vurub dedi ki, Babək həmin mahnını sildirməyimizi istəyir. Biz, Zülfiyyə xanımın qəlbinə o qədər əmin idik ki.. Bilirdik ki, bizim bu mahnını oxumağımıza yox deməyəcək. Nəfəs də, mən də dedik ki, mütləq zəng vurub mahnının icazəsini ondan alacayıq", - deyə V.Şərifova vurğulayıb.

Aşıq isə "Heç kimdən küsməmişəm. Mənim heç "YouTube"dan başım çıxmır" deyib.
Daha sonra Vəfa incikliyi aradan qaldırmaq üçün Z.İbadova üçün aldığı gül çələngini və bahalı ətiri hədiyyə edib. Bundan sonra tərəflər arasında küsülüyə son qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.