Şou-biznes

Afaq Gəncəli 13 kiloqram arıqlayıb

3 Fevral 2023 10:31
Baxış: 1 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Olacaq. Bəlkə də o vaxt olacaq ki, deyəcəksiniz niyə belə bir vaxtda? Elə olacaq ki, aradakı məsafəyə, zamana dəyəcək. Gözləməyə dəyəcək".

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O, yeni formatda yayımlanacağı deyilən "Şourum" verilişinin niyə gecikdiyinə belə aydınlıq gətirib:

"Şəxsən özüm uzadıram. Çünki bənzərlik, bütün bunlardan artıq özüm bezmişəm və fərqlilik istəyirəm. "Ağ-qara"nın o qədər ağını çıxarıblar ki, o qədər təkrarları olub ki, hətta eynisi də, artıq özüm ondan bezmişəm. Bir şeyi edirsənsə, gərək insanın öz zəhməti, beyninin məhsulu olsun". 

O, yeni layihəsindən də söz açıb:

"Yeni layihəmlə bağlı dəyişiklik olacaq. 13 kiloqram arıqlamışam. Elə bununla əlaqədardır. İmicimdə də dəyişiklik ediləcək. "Axşam şou"suna gəldikdə isə ola bilər o da olsun. Əsas odur özümüz olaq, kimisə təkrarlamayaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.