"Olacaq. Bəlkə də o vaxt olacaq ki, deyəcəksiniz niyə belə bir vaxtda? Elə olacaq ki, aradakı məsafəyə, zamana dəyəcək. Gözləməyə dəyəcək".
Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O, yeni formatda yayımlanacağı deyilən "Şourum" verilişinin niyə gecikdiyinə belə aydınlıq gətirib:
"Şəxsən özüm uzadıram. Çünki bənzərlik, bütün bunlardan artıq özüm bezmişəm və fərqlilik istəyirəm. "Ağ-qara"nın o qədər ağını çıxarıblar ki, o qədər təkrarları olub ki, hətta eynisi də, artıq özüm ondan bezmişəm. Bir şeyi edirsənsə, gərək insanın öz zəhməti, beyninin məhsulu olsun".
O, yeni layihəsindən də söz açıb:
"Yeni layihəmlə bağlı dəyişiklik olacaq. 13 kiloqram arıqlamışam. Elə bununla əlaqədardır. İmicimdə də dəyişiklik ediləcək. "Axşam şou"suna gəldikdə isə ola bilər o da olsun. Əsas odur özümüz olaq, kimisə təkrarlamayaq".
Milli.Az