Şou-biznes

ABD Maliki verilişdə pərt etdilər - VİDEO

26 Yanvar 2023 16:51
Baxış: 1 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş "Dəyirman" rep qrupunun üzvü ABD Malik Kələntərli pərt olub.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Səhər mərkəzi" verilişində səs rejissorunun səhvi nəticəsində efirə onun fonoqramması deyil, proqramın digər qonağı müğənni Mədinə Məlikin mahnısı verilib.

Bu anda isə həm Malik, həm də səhər şousunun aparıcıları Afaq Gəncəli ilə Tural Əsədov çaş-baş qalıb.

Malik üz ifadəsi ilə səsləndirilən mahnının ona aid olmadığını aparıcılara bildirib. Daha sonra isə mahnı yarıdan kəsilərək, Kələntərlinin fonoqramı efirə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.