“Qaraca qız”ın Xədicəsi: Hər ilana görə 70 rubl pul vermişdilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1966-ci ildə çəkilən və Azərbaycan kinosunun incilərindən sayılan "Qaraca qız" filminin məşhur aktrisası Leyla Axundova açıqlaması ilə diqqət çəkib.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sözügedən ekran işində Xədicəni canlandıran Leyla xanım "ATV səhər" verilişinə müsahibəsində filmdə yer alan səhnələrdən söz açıb.
"Bu filmə baxmıram, çünki baxanda ağlayıram. Valideynlərimin yeganə övladıyam. Gec dünyaya gəlmişəm. Üstümdə hamı əsirdi. Kinoya çəkilmək çox çətindir. Məni aldatdılar ki, Sevil ("Qaraca qız" filmindən "Tutu" obrazını canlandıran Sevil Zeynalova - red.) ölüb. Bunu eşidəndə çox ağladım. Yeddi yaşında qız necə ağlasın? Sonra isə dedim ki, sizin kinonunuzda çəkilmirəm, kinonuzu da istəmirəm. Üç-dörd gün filmə çəkilmədim, onlarla danışmadım".
L.Axundova bildirib ki, "Qaraca qızı" filminin çox hissəsini kəsiblər:
"Bu diplom işi idi. Bu filmə çox pul xərcləndi. Şamil müəllimi dilə-dişə saldılar, elədilər "novella". Filmi kəsdilər. Xüsusi olaraq bu film üçün Moskvadan çox sayda qaraçılar gəlmişdi. Kadrlarda yer alan ayını belə Moskvadan gətirmişdilər. Film 1 saat 20 dəqiqə olmalıdır. Lakin kəsib 45 dəqiqə etdilər".
Hazırda uşaqlara musiqidən dərs deyən "Xədicə" həmçinin ilanla olan birgə səhnədən imtina etmək istəsə də, bu, onda alınmayıb:
"İlandan elə qorxmuşdum ki, hətta qızdırmam qalxmışdı. Hər ilana görə 70 rubl pul vermişdilər. Anama söylədilər ki, otur kinoya bax, amma Leylini biz özümüzlə aparırıq. Şamil bəy dedi ki, sənin ətəyini açıb, ora ilanı salacağıq. Vedrənin qapağını açdılar, ilan dilini çıxardan kimi... İlanı görən insan necə ola bilər? Dedilər ki, qorxma. Lakin mən çox ayıq uşaq idim. Gördüm ki, çəkiliş heyətinin bir üzvünün əlində taxta vardı. Deyirsiniz ki, ilandan qorxma, bəs siz niyə əlinizdə taxta tutmusunuz? Cavab olaraq söylədilər ki, taxtanı saxlayırıq ki, birdən səni çalmaq istəsə... Bunu dedi, lap qorxdum".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
"Kadir" "Eşref"i tək qoymayacaq
XƏBƏR LENTİ
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları





