Şou-biznes

“Röya atamın mahnısını oxumazdan əvvəl bizə zəng edib dedi ki...” - FOTO

25 Yanvar 2023 10:11
Baxış: 3 177

"Hər bir xoş günümdə gözüm atamı axtarır. Pis günündə də atanı istəyirsən ki, onu qucaqlayıb rahatlayasan. Bəlkə bir dərdini bölüşmək istəyirsən, yenə də atan yoxdur. Pis və yaxşı gününü də onunla müzakirə etmək istəyirsən, amma yenə də bu mümkün olmur. Qızım babasının videoları ilə böyüyür. Yutubda onu izləyir, başa salmışam ki, babandır. Hər dəfə də məndən soruşur ki, niyə gəlmir? Deyirəm ki, uzaqlardadır. Məktəbdə oxuyanda da hamı kimi mən də istəyirdim ki, atam aparıb-gətirsin, amma bu mümkün deyildi. Universitetə daxil oldum, yenə də olmadı. Toyum oldu yenə də atam yanımda olmadı. Xüsusən qızlar atalarını daha çox istəyir, onlara bağlı olur. Atasızlıq çox çətindir".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında mərhum müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib.

"Hələ də atasızlıq travması yaşayıram. Ona dəhşətli dərəcədə bağlı idim. 1 yaşım olanda təntənəli keçirmişdi. Bütün məşhur müğənnilər Aygün Kazımova başda olmaqla hamı orada idi. Aygün xanım mənə gəlincik hədiyyə gətirmişdi. Hələ də bilmirəm ki, hansı arzusu ürəyində qaldı?" deyə sənətkarın qızı bildirib.

Zemfira Mehdiyeva atasının mahnılarını ifa edənlərdən də danışıb

"Tanınmış estrada müğənniləri atamın mahnılarını ifa edəndə bizə xəbər edirlər. Hətta Röya Ayxan da atamın "Darıxıram" adlı mahnısını ifa etməzdən öncə bizə xəbər etmişdi. Röya ilə gözəl dostluq münasibətlərimiz var. Restoranlara gedəndə də görürük ki, gənc müğənnilər atamın mahnılarını ifa edirdilər. Bu bizə xoş təsir bağışlayır. Sağ olsunlar ki, yaşadırlar" deyə o bildirib.

Müğənninin qızı biznesindən də danışıb.

"Xonça mağazam var. Orada həm xoçların satışı ilə məşğul oluruq, həm də icarəsi ilə. Açılışa bir çox məşhur simalar da gəlmişdilər, sağ olsunlar çəkib paylaşıb, reklam etdilər. Atamın Azər adında bir dostu var, hazırda da bizə dəstək olur" deyə Zemfira Mehdiyeva deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics